RU

Çexiya Azərbaycandan neft idxalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 653 milyon 375 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 217 min 841 ton təşkil edib.

Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 8 ayına nisbətdə 85 milyon 398 min dollar və ya 11,6% azalıb, miqdarı isə 52 min 453 ton və ya 4,5% artıb.

Qeyd edək ki, yanvar-avqust aylarında Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (9.2 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
18
2
banco.az

10Источники