RU

Ermənistan-Azərbaycan sərhədinə getməyin! - ABŞ-dən xəbərdarlıq

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlığını yeniləyib və səyahət edənlərə sərhəd bölgələrinə getməməyi tövsiyə edib.

Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycanla həmsərhəd olan ərazilər xüsusi narahatlıq doğurur: "Çünki regionda daha çox hərbi fəaliyyət baş verə bilər". 

Ermənistanda rəsmi iş görən Amerika vətəndaşlarına aşağıdakı ərazilərə səfər etmək qadağan edilib: Geqarkunik vilayətinin Vardenis şəhərinin şərqinə, Sünik vilayətinin Gorus rayonunun şərqinə və Sünik vilayətinin Qafan şəhərinin cənubuna.

Şəxsi səyahət edənlərə bu ərazilərdən uzaq durmaq tövsiyə olunur.(unikal)

Избранный
11
2
avtosfer.az

3Источники