RU

Ölkəmizə kiberhücumların miqyasının genişlənməsi fonunda qanunvericiliyə “informasiya suverenliyi” termini daxil edilməlidir – Sevil Mikayılova

Bakı. Trend:

USAID kimi təşkilatların iflasından sonra insan haqları iləbağlı konsepsiya dəyişmədi, lakin dünya birliyi başa düşdü ki, bukonsepsiyanın mahiyyəti tamamilə fərqlidir, bizə sırımaqistədikləri kimi deyil.

Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidentiSevil Mikayılova komitənin bugünkü iclasında çıxışı zamanıdeyib.

“Çox sevindiricidir ki, nəhayət, on illiklərdən sonra bir sıraqərbli həmkarlarımız bunu anlaya bildilər. Lakin bu konsepsiyanınonlar üçün iflasa uğradığını anladıqdan sonra dayanacaqlarmı?Beynəlxalq münasibətlərdə daha ədalətli, saf, düzgün mövqetutacaqlarmı? Bu məsələ ilə bağlı da müəyyən təhlükələr var vəgündən-günə artır”, - deyə deputat vurğulayıb.

Millət vəkili çıxışında qanunvericiliyə “informasiyasuverenliyi” termininin salınmasını təklif edib:

“Müəyyən siyasi kataklizmlərdən sonra ölkəmizə münasibətdəkiberhücumların miqyasının genişlənməsi, xüsusilə qara PR,informasiya müharibəsinin şiddətli formada aparılması onu deməyəəsas verir ki, bu artıq şəkli dəyişmiş formada davam edir. Yəniəvvəllər insan haqları ilə bağlı bir sıra suveren ölkələrə hücumlarolurdusa, indi tamamilə fərqli istiqamətlərdən hücumlar gəlir.

Reallıqları da nəzərə alaraq “informasiya suverenliyi” termininiqanunvericiliyə daxil edək. Süni intellekt və informasiyatexnologiyalarının hüquq terminologiyasına daxil olmasından sonrainformasiya suverenliyi beynəlxalq platformalarda da geniş müzakirəolunur. Biz nəinki məkanı müəyyənləşdirməliyik, eyni zamanda hüquqçərçivələrinin yeni reallıqlarını da təyin etməliyik”.

Məqalədə:
Избранный
75
4
az.trend.az

5Источники