RU

Rusiyada Afrika vətəndaşı saxlanıldı: Bu ölkəyə casusluq edirmiş

Təhlükəsizlik qüvvələri Həştərxandakı hərbi qurğular və mühüm infrastruktur obyektləri barədə Ukrayna kəşfiyyatına məlumat verən Afrika vətəndaşını saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə iş açılıb.

"FTX Şimali Afrika dövlətinin Həştərxanda qeydiyyatda olan və yaşayan vətəndaşının qanunsuz fəaliyyətini dayandırıb", - deyə qeyd olunub.

Müəyyən edilib ki, əcnəbi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ilə əlaqə yaratmaq üçün "Telegram" messencerindən istifadə edib. Həmin əməkdaşın göstərişi ilə cinayətkar Həştərxandakı hərbi qurğular və mühüm infrastruktur obyektləri haqqında məlumat toplayıb və sonradan Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq üçün xarici kəşfiyyat xidmətlərinin istifadəsinə verib.

Rusiya xüsusi xidmət orqanları əlavə edib ki, afrikalı saxlanılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə iş açılıb, həbs qətimkan tədbiri seçilib.

Избранный
19
publika.az

1Источники