RU

Futbolçu oyun zamanı öldü

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç veteran futbolçuların oyunu zamanı dünyasını dəyişib.

"Unikal" “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu ölkəsinin "Srvena Zvezda" klubunun heyətində meydana çıxıb. O, qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib.

İlkin versiyaya görə, Milovanoviç "ikiqat infarkt" keçirib. Tibb işçiləri onu həyata qaytara bilməyiblər.

Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın "Srvena Zvezda", "Vozdovaç", Fransanın "Lans", eləcə də Yunanıstanın "Panionios" klubıarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
9
unikal.az

10Источники