RU

Binəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, yanğında xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib.

Məlumatı saytımıza açıqlamasında Kliniki Tibbi Mərkəz də təsdiqləyib.

"14.09.2025-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi nəticəsində müxtəlif travmalarla 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya ediliblər. Onlara dərhal ilkin tibbi yardım göstərilib. 

Göstərilən yardımlara  baxmayaraq 2000-ci il təvəlllüdlü (kişi cinsli) şəxsin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - Mərkəzdən verilən açıqlamada bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
modern.az

2Источники