RU

Lavrov: Ukraynaya veriləcək təhlükəsizlik təminatları beynəlxalq öhdəliklərə uyğun olmalıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının Qərbin BMT Nizamnaməsində və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sənədlərində təsbit olunmuş beynəlxalq öhdəliklərə uyğun olması gərəkdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu fikirləri xarici ölkələrin səfirləri üçün Ukraynada münaqişənin həllinə həsr olunmuş dəyirmi masa zamanı səsləndirib.

"Biz təkid edəcəyik ki, əlbəttə ki, təhlükəsizlik təminatları olsun. Biz bunu 2014-cü ilin fevralında və bir il sonra yeni prinsiplər və sazişləri razılaşdırıb təsdiq edəndə axtardıq", – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, bu təminatlar beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə də heç bir ölkənin öz təhlükəsizliyini başqa dövlətlərin təhlükəsizliyi hesabına gücləndirmək hüququna malik olmaması prinsipinə əsaslanmalıdır.

Избранный
38
operativmm.az

1Источники