RU

Moskva vilayətində avtomobil partladılıb - FOTO

Moskva vilayətinin Naro-Fominsk rayonunda avtomobil partladılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, partlayıcı “Subaru” avtomobilində işə düşüb, onun tratil ekvivalenti təxminən 300 qram olub.

“Baza” abunəçilərinin və hadisə şahidlərinin bildirdiyinə görə, partladılmış avtomobil hərbi-təhlükəsizlik qurumuna aid şəxsə məxsus ola bilər.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində avtomobilin sahibi xəsarət almayıb.

Избранный
27
8
apa.az

9Источники