"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi görüşdə 2 top fərqlə geri düşməyinə baxmayaraq sonda qələbə qazanmağı bacarıb.
Bu, "Benfika"nın Avropanın bir nömrəli turnirində 2-ci belə məğlubiyyəti olub. "Qartallar" hesabda 2 fərqlə önə keçəndən sonra məğlubiyyətlə üzləşməli olub.
Ötən mövsüm "Barselona" da eynisini etmişdi. "Blauqrana" hesabda 1:4 geri düşməyinə baxmayaraq sonda 5:4 hesablı qələbəyə sevinmişdi.