RU

Çində uçan avtomobillər toqquşdu - VİDEO

Çində aviaşouya məşqlər zamanı iki uçan avtomobil toqquşub.

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hadisə Çançun şəhərində qeydə alınıb.

Belə ki, “XPeng Motors” şirkətinə məxsus iki uçan avtomobil havada olarkən toqquşub. 

Hadisə nəticəsində avtomobillərdən biri yanıb, digəri isə yerə eniş edə bilib. 

Hazırda qəzanın səbəbləri araşdırılır. Xəsarət alanların olmadığı qeyd olunub. 

Qeyd edək ki, Çinin “XPeng Motors” şirkəti 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

"Cebheinfo.az" 

Избранный
17
1
cebheinfo.az

2Источники