RU

BakuBus sürücüsü bu görüntüdə hansı səhvə yol verir? VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“BakuBus” sürücüsü sosial şəbəkələrdə paylaşılan videosu ilə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, sürücü öz sosial media hesabında sərnişinə kömək etdiyi anları paylaşaraq insanlıq nümunəsi göstərib.

Kadrlardan görünür ki, sürücü sərnişinin rahat minməsi üçün dayanıb və əlində olan yükü alaraq ona yardım edib.

Bu davranış ictimaiyyət tərəfindən təqdir olunsa da, diqqətdən yayınmayan başqa bir məqam da var. Belə ki, sürücünün təhlükəsizlik kəmərini düzgün taxmadığı müşahidə olunub.

Ekspertlər bildirirlər ki, təhlükəsizlik kəmərinin düzgün taxılmaması təkcə sürücünün deyil, avtobusdakı digər sərnişinlərin də həyatını riskə atır. Çünki qəza anında kəmər lazımi qoruyucu funksiyanı yerinə yetirmir.

 İctimai nəqliyyatda təhlükəsizlik qaydalarına əməl etmək həm sürücülərin, həm də sərnişinlərin məsuliyyətidir. Sürücülərin sərnişinlərə nümunə olmaq üçün qaydalara daha ciddi riayət etməsi vacibdir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
avtosfer.az

1Источники