RU

Narkotik cinayətinə görə həbs edilən şəxs bəraət aldı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə mühakimə edilən Nağıyev Rəşad Yadulla oğlu barəsində bəraətverici əsaslarla hökm çıxarılıb. 

Bu barədə Qaynarinfo-ya Rəşad Nağıyevin vəkili Yusif İsmayılov bildirib. 

Vəkilin sözlərinə görə, müdafiə taktikasının düzgün qurulması nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilib. "İbtidai istintaq zamanı aparılan prosessual pozuntular, hal şahidlərinin verdiyi ifadələrdə ziddiyyətlərin olması, ekspert rəyinin təqsirləndirilənin xeyrinə verilməsi, ədalətli məhkəmə istintaqı və düzgün müdafiə taktikası nəticəsində ittimahın hazırki vəziyyət üçün tamamilə əsassız olmasını sübuta yetirə bildik", deyə Yusif İsmayılov əlavə edib. 

Rəşad Nağıyev Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma -  külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirdi.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
qaynarinfo.az

1Источники