2025-ci ilin ilk 6 ayında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9,3 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az məlumat yayıb, Mərkəzi Banka istinadən bildirilib.
Məlumata görə, xidmətlərin 5,2 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 4,1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilib.
Xidmətlər balansında yaranan kəsir 5,7% azalaraq 1,1 milyard dollar olub ki, bu da son illərdə balansın formalaşması meyillərinin gücləndiyini göstərir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti və digər işgüzar xidmətlər) kəsiri 705,2 milyon dollar, qeyri-neft-qaz sektoru üzrə isə 342,9 milyon dollar təşkil edib.
Fuad Mədətov
Finss.az