Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 1987-ci il təvəllüdlü şəxsi saxlayıblar.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs hüquq-mühafizə orqanları tərəfindən qəsdən sağlamlığa zərər vurma və cinsi xarakterli əməllər törətmək ittihamı ilə 2004-cü ildən axtarışda olub. O, başqasının adına verilmiş pasportla sərhədi keçmək istəyərkən Tbilisi Beynəlxalq Hava Limanında tutulub.