RU

"BakuBus" sürücüsü bu görüntüdə hansı səhvə yol verir? - VİDEO

Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a (AYNA) bildirilib ki, 1 milyon əmtəə-nəqliyyat qaiməsinin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.

Elektron əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşməni təmin edən sənəddir. Bu sistem yükgöndərənlə daşıyıcı arasında müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbul edilməsini və ünvanına çatdırılmasını təsdiq edir, şəffaflığın artırılmasına və nəqliyyat-ticarət əməliyyatlarının rəqəmsal izlənməsinə imkan yaradır. Qaimədə yükalanın ünvanı, çatdırılma yeri, miqdarı, qablaşdırılması, tərkibi, brutto çəkisi, göndərilmə vaxtı, nəqliyyat vasitəsinin növü və digər mühüm məlumatlar əks olunur.

Bütün sənədləşmə prosesi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

Избранный
25
avtosfer.az

1Источники