RU

İran və Rusiyanın birgə hücumu: “düşmən mövqeyi” ələ keçirildi

ain.az bildirir, Axar.az portalına istinadən.

“Qərb-2025” birgə təlimləri çərçivəsində İran və Rusiya hərbçiləri hücum əməliyyatlarını məşq ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə bölmələr qarşı tərəfin kütləvi PUA və FPV-dron hücumlarına qarşı hərəkət edərək yaşayış məntəqəsində mövqe tutub, əks-hücuma keçiblər.

“Berejok” döyüş modulu ilə təchiz olunmuş BMP-2M ekipajları zirehli texnikanın məhv edilməsinə zəmanət vermək üçün tandemdə idarə olunan raketlər buraxıblar. İran İslam Respublikasının bölmələri Rusiya Silahlı Qüvvələrinin motoatıcı bölmələrinin zirehli qrupunun dəstəyi ilə düşmənin dayaq məntəqəsini uğurla ələ keçirib və əldə olunmuş mövqedə möhkəmləniblər”, - deyə nazirlik bildirib.

Təchizat və sursatların birinci mövqeyə çatdırılması havadan “Sibir-2” və “Repey” PUA-larının operatorları, yerüstü “Omiç” və “İmpuls” robot sistemləri tərəfindən təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
1
axar.az

2Источники