RU

Gürcüstana gedənlərin nəzərinə: Qaydalar sərtləşdirildi, bu tarixdən qüvvəyə minir

Gürcüstanda qalma şərtlərinin pozulması ilə bağlı yeni qaydalar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Bu barədə “Gürcüstan Online” məlumat yayıb.

Qəbul edilmiş qanunların internet saytındakı yenilənmiş məlumata görə, indiki 180 lari (3 aya qədər) və 360 lari (3 aydan çox) məbləğində cərimələrin əvəzinə yeni, daha sərt qaydalar tətbiq olunacaq:

6 aya qədər qalma qaydalarının pozulması: 1000 lari (təxminən 365 dollar) məbləğində cərimə və 1 il müddətinə mümkün giriş qadağası;

6 aydan 1 ilə qədər qalma qaydalarının pozulması: 2000 lari (təxminən 730 ABŞ dolları) məbləğində cərimə və 2 il müddətinə mümkün giriş qadağası;

1 ildən artıq qalma qaydalarının pozulması: 3000 lari (təxminən 1100 ABŞ dolları) məbləğində cərimə və 3 il müddətinə mümkün giriş qadağası.

Qalmaq şərtlərinin dəfələrlə pozulması 3 ilə qədər ölkəyə giriş hüququnun itirilməsi ilə nəticələnəcək.

Cərimə yalnız 16 yaşına çatmış şəxslərə şamil ediləcək.

Publika.az

Избранный
30
3
editor.az

4Источники