RU

Göydən zənbillə enən "İmişli"... - AFFA texniki məğlubiyyəti niyə yubadır?

Bilindiyi kimi, "İmişli" Misli premyer-liqasının Qubada keçirilən 4-cü tur matçında "Sumqayıt"ı məğlub etsə də (1:0), texniki məğlubiyyət almaq təhlükəsiylə üz-üzədi. Ona görə k,i Aran təmsilçisi meydana adı iştirak ərizəsində olmayan futbolçunu - İbrahim Əliyevi buraxıb.

Bu səbəbdən matçın keçirildiyi gündən bəri hamının bir gözü AFFA-nın saytındadı. Hər kəs İntizam Komitəsinin 4-cü tur oyunlarıyla bağlı qərarlarınızı gözləyir ki, "pələnglər"in səhvinin nə ilə nəticələnəcəyini öyrənsin. İş ondadı ki, iclas keçirilmir ki, keçirilmir. Daha doğrusu, komitənin əvəzedicilər liqası və 1-ci liqanı əhatə edən iclası dünən baş tutub. Sadəcə, premyer-liqayla bağlı toplantı yubanır.

Niyə? Olmaya, "İmişli"yə güzəşt edilməsinin yolları axtarılır? Bəlkə icraçı direktor Aqşin Mürsəlovun komitəni Apellyasiya Məhkəməsiylə hədələməsi işə yarayıb? Hələ onu demirik ki, klub rəsmisi səhvlərini etiraf etmək əvəzinə aşkar məsuliyyətsizliyə don geydirmək üçün dəridən-qabıqdan çıxır.

Öz aramızdı, "İmişli"nin qeyri-peşəkar şəkildə idarə olunduğundan hər kəs xəbərdardı və komandaya həm AFFA, həm də PFL tərəfindən dəfələrlə güzəşt edilib. Bəli, biz bunun premyer-liqada klub sayının artırılması yönündə atılan addımlar siyahısına aid edib səsimizi çıxarmamışıq. Lakin artıq bu səhv də bağışlansa, mərhəmət duyğusunun sərhədləri aşılacaq və birmənalı şəkildə ədalətsizlik olacaq. Hələ onu demirik ki, digər klublar da bundan narazı qalacaq, vaxtı gələndə özlərinə müəyyən güzəştlər tələb edə bilmək üçün "kozur" əldə edə biləcəklər.

Odu ki, çox götür-qoy etməyə gərək yoxdu. Prinsiplərə əməl edin!

KƏNAN BAHADIR

Избранный
35
1
football-plus.az

2Источники