RU

İlin sonunadək Xocalının Daşbulaq kəndində 58 ev hazır olacaq

Qarabağda bərpa-quruculuq işlərinin aparıldığı yaşayış məntəqələrindən biri də Xocalı rayonunun Daşbulaq kəndidir. Kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kənddə evlərin bərpası və sosial infrastrukturunun qurulması istiqamətində işlər görülüb.

Xezerxeber.az-ın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Daşbulaq kəndində uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir.

Həmçinin kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.

Daşbulaq kəndindəki 195 evdən 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub.

Избранный
71
16
xezerxeber.az

10Источники