BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, "Holiday INN" otelində baş tutan püşkatma mərasimdə klub nümayəndələri, rəsmi şəxslər və media mənsubları iştirak edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.