RU

“Qarabağ”ın Bakıya dönüşündən maraqlı anlar – FOTOLAR+VİDEO

Gecənin sürpriz nəticəsinə imza ataraq dünyanı təəccübləndirən “Qarabağ” vətənə qayıtdı.

“Benfika” üzərində 3:2 hesablı parlaq qələbənin ardınca nümayəndə heyətini Bakıya gətirməli olan təyyarə Lissabonda havaya qalxıb, 6 saat yarımlıq uçuşdan sonra Hyedər Əliyev Beynəlxalq Hava Limanına endi.

Səhər 09:40-da eniş edən təyyarədəki qəhrəmanları qarşılaşamaq üçün aeroporta 100-ə yaxın azarkeş, 20-yə yaxın media mənsubu təşrif buyurmuşdu.

Hətta hansısa səfərdən qayıdan və səfərə yollanmağa hazırlaşan sıravi vətəndaşlar belə, “Qarabağ”ın vətənə qayıtdığını eşidib ayaq saxlayır, məşqçi və futbolçu heyətini intizarla gözləyirdi.

Diqqət mərkəzində təbii ki, əsərin baş qəhrəmanı Qurban Qurbanov idi. Kameralar qarşısına keçib müsahibə verən “köhlən atlar”ın baş məşqçisi növbəyə düzülən 10-larla azarkeşin şəkil çəkdirmək istəyini geri çevirmədi.

Hamı ilə bir-bir, təmkinlə şəkil çəkdirən Qurbanov hava limanını görməyə alışdığımız avtomobili ilə yox, başqa maşınla tərk etdi.

Abdulla Zubir fanatından portret hədiyyəsini aldı, Kadi Borges onu qucaqlayan azarkeşə eyni vəziyyətdə isti münasibət göstərdi, digər futbolçular da yorğun hallarıyla onları gözləyən doğmalarının yanına tələsdilər.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
30
sportinfo.az

1Источники