RU

“28 May”da avtobusun qadını vurduğu hadisənin VİDEOSU - YENİLƏNİB

TƏBİB-dən bildirilib ki, ötən gün saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisindən təcili çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və müştərək travmalarla Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Sentyabrın 16-da saat 17 radələrində metronun “28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.

Ağır xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
17
redaktor.az

10Источники