RU

Düzgün qidalanma sağlamlığı qoruyur? AÇIQLAMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Xəstəliklərin qarşısını almaq üçün təkcə düzgün qidalanma kifayət etmir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi.

O qeyd etdi ki, insanlar bəzən düşünürlər ki, yalnız bir faktora diqqət yetirməklə həm immuniteti gücləndirmək, həm də sağlam qalmaq mümkündür:

"Amma bu, belə deyil. Əgər sağlam və rahat yuxunuz yoxdursa, fiziki aktiv deyilsinizsə, gündə iki qutu siqaret çəkirsinizsə və hər axşam qonaqlıqlarda gec saatlara qədər yemək yeyirsinizsə, bu vərdişlər təbii olaraq orta ömür müddətinizi qısaldacaq. Ən vacib məsələ ondan ibarətdir ki, xüsusilə payız-qış mövsümündə insanlar yemək vərdişlərinə daha diqqətlə yanaşmalıdırlar. Çünki insan davranışlarının böyük bir hissəsində dostlarla, qohumlarla və tanışlarla görüşlərdə, istirahət anlarında əsas mərkəzdə yemək dayanır. Bu səbəbdən qida mövzusu bizim üçün strateji bir məsələ hesab olunur və həddən artıq yeməyin qarşısını almaq sağlam qalmaq üçün vacib şərtlərdəndir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
4
redaktor.az

5Источники