RU

Qışda su içmək vacibdir? -MƏSLƏHƏT

Yay aylarında hər kəs sağlam qidalanmada su qəbuluna xüsusi önəm verməyi tövsiyə edir.

Bəs payız-qış mövsümündə vəziyyət dəyişirmi?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi ki, orqanizmin gündəlik suya olan tələbatı bütün fəsillərdə təxminən eynidir və minimum 2 litr maye qəbul olunmalıdır:

"Amma reallıq budur ki, havalar soyuduqda və yağışlı günlərdə insanların yaydakı qədər su içməsi çətinləşir. Tövsiyəm ondan ibarətdir ki, bu dövrdə maye qəbulunu yalnız saf su ilə deyil, həm də keyfiyyətli içkilərlə təmin etmək olar. Mən bir çox ölkələrdə olmuşam, amma etiraf etməliyəm ki, çayın təqdimatı və mədəniyyəti baxımından Azərbaycan bir zirvədir. Çay yalnız dadlı içki deyil, həm də bizim mədəniyyətimizin bir parçasıdır. Ona görə də payız və qışda insanlar 2 litr saf su içməyə çətinlik çəkirsə, keyfiyyətli, təmiz və qatqısız çay içmək də orqanizm üçün faydalı hesab olunur. Əlbəttə, əsas olan maye balansını qorumaqdır".

Nuriyyə NATİQQIZI

Избранный
47
1
redaktor.az

2Источники