Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 kilometr məsafədə yerləşir.
“Təlimləri Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər. Bu çərçivədə zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir”, – deyə bildirilib.
Məlumata görə, ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.\\KONKRET.az