RU

Rusiya İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxdı

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər  verir ki, Rusiya İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxıb.

Rusiya Dövlət Duması İşgəncələrin və Qeyri-insani Rəftarın Qarşısının Alınması üzrə Avropa Konvensiyasının və ona əlavə olan iki protokolun denonsasiyası haqqında qanun qəbul edib.

Qanun layihəsini prezident Vladimir Putin təqdim edib. Qərar Avropa Şurasının Rusiya Federasiyasından İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinə yeni üzv seçilməsinin qarşısını alması ilə əlaqədar qəbul edilib.

Hürr Tərcüman

Избранный
22
1
hurriyyet.az

2Источники