Çin sentyabrın ilk həftəsində ABŞ Prezidenti Donald Trampa ölkəyə səfər etmək üçün rəsmi dəvət göndərib.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, görüş oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfələrində baş tutacaq.
Bildirilib ki, səfər Çin tərəfindən Amerika mallarının alınması ilə bağlı yeni razılaşma ilə nəticələnə bilər.
İlahə QənbərliMissiya.Az