RU

ANAMA yanında İctimai şuraya üzvlər seçilib  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış 9 nəfər ANAMA yanında İctimai şuranın üzvü seçilib.

Seçilənlərin hər biri minatəmizləmə, maarifləndirmə, minadan zərərçəkənlərə yardım, ölkəmizin mina probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdir.

Избранный
17
5
azerbaijan-news.az

6Источники