Yay transfer dönəmində heyətini gücləndirən “Beşiktaş” qış fasiləsində də işlərini davam etdirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə təmsilçisinin hədəfində hazırda “America-MG”də icarə əsasında çıxış edən, müqavilə ilə isə “Santos”a məxsus olan Miguelito var.
“Qara qartal” 21 yaşlı boliviyalı yarımmüdafiəçinin durumunu yaxından izləyir. Gənc futbolçu ilə Fransanın “Paris ” klubu da maraqlanır.