RU

"Qarabağ" "Barselona"nın nailiyyətini təkrarladı

"Qarabağ" UEFA Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb.

Publika.az xəbər verir ki, bu, Ağdam klubunun Çempionlar Liqasının 1-ci turunda "Benfika" üzərində qələbəsindən sonra (3:2) reallaşıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

"Qartallar" 2025-ci ilədək heç vaxt Avropanın bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmasa da, artıq cari ildə iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, "Barselona" ilə əsas mərhələnin 7-ci tur matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib - 4:5.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Benfika"nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olub.

Избранный
27
9
publika.az

10Источники