Bakıda TEKNOFEST-ə qatılan azərbaycanlı gənclərin bir qismi Türkiyə ilə ortaq layihələrdə iştirak ediblər.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
Nazirin sözlərinə görə, Azərbaycandan olan gənclər öz texnoloji startaplarını yaradırlar: “İstəyimiz “bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın texnoloji müstəqilliyə gedən yolda çiyin-çiyinə irəliləməsidir”.
Nazir iki ölkə arasında davam edən layihələrdən də danışıb: “Azərbaycanda müdafiə sənayesində vacib addımlar atmışıq. Yeni texnoparklarımız qurulur. Uşaqların qatılacağı elm mərkəzləri layihəmiz var. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin gələcəkdə daha da güclü olacağının nişanəsidir”.
Dəryanur Cəfərova