RU

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Trend xəbərverir ki, iclası açan komitə sədri Zahid Oruc yeni sessiyanınbaşlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlarafəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri əvvəlcə İnsan hüquqları komitəsinin 2025-ci ilinyaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədəhesabatı təqdim edib. Bildirilib ki, ötən sessiya ərzində 12 iclaskeçirilib,16 məsələyə baxılıb, o cümlədən komitəyə vətəndaşlardanümumilikdə 510 ərizə daxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci ilinpayız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib.Qeyd edilib ki, qarşıdan gələn sessiyada rəqəmsal və informasiyasuverenliyi, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək,qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələrimüzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkilediləcək.

Komitənin sədr müavini Arzuxan Əlizadə, üzvləri MübarizQurbanlı, Razi Nurullayev, Naqif Həmzəyev, Vüqar Rəhimzadə, AzərAllahverənov, Səyyad Aran, Sevil Mikayılova, Elman Nəsirov vəBəhruz Məhərrəmov müzakirələrdə iştirak edərək məsələlərlə bağlıfikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlərqənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün işplanının layihəsi təsdiq edilib.

Tədbirdə komitənin üzvləri Tural Gəncəliyev, Mircəlil Qasımlı vədigər rəsmi şəxslər iştirak ediblər.

Milli
Milli
Milli
Milli
Избранный
25
6
az.trend.az

10Источники