RU

Pivə qarnı niyə yaranır? Həkimlər səbəbləri açıqladı

Rusiyalı mütəxəssislər “pivə qarnı”nın yaranma səbəblərini izah ediblər.

E-saglam.az xəbər verir ki, ROSBIOTECH Universitetinin Dietologiya Departamentinin dosenti, qastroenteroloq Anastasiya Lebedevanın sözlərinə görə, bu problem əsasən pivənin müntəzəm istehlakı, aşağı fiziki aktivlik və artıq kalori qəbulu ilə bağlıdır.

Onun sözlərinə görə, pivə təxminən 85 faiz karbohidratdan ibarətdir. Bir şüşə pivə kalori baxımından bir parça çörək və kərə yağı ilə eyni dəyərə malikdir. Xüsusilə axşam saatlarında içilən pivə visseral yağın sürətlə yığılmasına səbəb olur. Həkim əlavə edib ki, pivə çox vaxt yağlı və duzlu qidalarla müşayiət edilir və bu, bir axşam ərzində 1000-dən artıq kalori qəbuluna gətirib çıxara bilər.

Lebedeva vurğulayıb ki, sağlamlıq problemi olmayan şəxslərə həftədə 200–300 millilitrdən artıq pivə istehlak etməmək tövsiyə olunur. O həmçinin pivə üçün seçilən qəlyanaltılardan imtina etməyi, əvəzində az duzlu və yağsız balıq və ya ət seçməyi məsləhət görüb.

“Nadir hallarda pivə içilməsinə baxmayaraq qarın ölçüsü böyüyürsə, içkini məhdudlaşdırmaq və həkimə müraciət etmək vacibdir. Çünki qarının davamlı böyüməsi erkən mərhələdə aşkarlandıqda daha asan aradan qaldırılan ciddi sağlamlıq problemlərinə işarə edə bilər”, – deyə həkim əlavə edib.

Bundan başqa, psixiatr-narkoloq Tatyana Starostina alkoqolizmin əlamətlərinə diqqət çəkib. Onun sözlərinə görə, əgər insan təkbaşına spirtli içki içirsə, qəbul etdiyi miqdara nəzarət edə bilmirsə və səhər ayıldıqdan sonra “asqı” yaşayırsa, bu, alkoqol asılılığının inkişafına işarədir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
26
e-saglam.az

1Источники