RU

"Formula 1"lə bağlı Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

 “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə  “Bakı Metropoliteni” QSC-dən bildirilib. 

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Избранный
1
32
xezerxeber.az

10Источники