RU

Bu görüntülərə görə saxlanıldılar - VİDEO

Böyük Britaniyada Vindzor qəsri ilə bağlı hadisəyə görə saxlanılanlar var.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı “BBC News” məlumat yayıb.

Belə ki, 4 nəfər maliyyəçi Cefri Epşteynlə ABŞ Prezidenti Donald Trampın görüntülərini qəsrin divarlarına proyeksiya etdiklərinə görə saxlanılıb.

Bildirilib ki, hadisə Trampın dövlət səfəri üçün Londona getdiyi gün baş verib. Polis bunu ictimai nümayiş olaraq qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl bir qrup fəal qəsrin yaxınlığında azyaşlıların alverində və cinsi istismarda ittiham olunan C. Epşteynlə ABŞ lideri D. Trampın fotosunu da yerə sərmişdilər.

Qeyd edək ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yeniyetmə qızın onun Manhettendəki iqamətgahına və şəxsi adaya səfərlərini təşkil etməkdə ittiham olunub. Müstəntiqlər dəvət edilən qızların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. Nəticədə o, 2008-ci ildə həbs olunub. Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

"Cebheinfo.az" 

Избранный
36
2
cebheinfo.az

3Источники