RU

Azərbaycan Mərkəzi Bankı iki ödəniş təşkilatına icrası məcburi göstərişlər verib

Azərbaycan
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən "Modenis" ("E-manat") və "Mobile Payment Solutions" ("Portmanat") MMC-lərə icrası məcburi göstərişlər verib. 1news.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Modenis"də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən quruma cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Bundan başqa, "Mobile Payment Solutions" isə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 9.3-cü maddəsinə əsasən ödəniş agenti kimi reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbini pozub. Odur ki, qanunun 63.1-ci maddəsi rəhbər tutularaq, şirkətə pdəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilib.

Избранный
11
13
1news.az

10Источники