RU

Kənd Qadınları Assosiasiyasının sədri: Naxçıvanda ilk qadın kooperativi yaradılacaq

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Statistikaya görə, kənd yerlərində yaşayan qadınların 70 faizi təsərrüfatla məşğuldur və onların 35 faizi həyatlarını bu gəlirlərlə təmin edirlər. İstəyirik ki, qadınların həyatını yaxşılaşdıraq və onların gəlirlərini artırmaq üçün dəstək göstərək. Bu məqsədlə qadın kooperativlərinin yaradılması ilə bağlı müəyyən işlərə start verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova deyib.

O qeyd edib ki, Naxçıvanda ilk qadın kooperativi yaradılacaq və bu kooperativ ucqar kəndlərdə yaşayan istehsalçı qadınları öz sıralarında birləşdirəcək. Onların məhsullarının emalı, satışı və əlaqələrinin yaranması üçün dəstək göstəriləcək: "Yeni kollektiv bizneslərin yaradılması üçün planlar var. Naxçıvandakı qadın kooperativinin Azərbaycanın digər regionlarındakı, həmçinin Türkiyədəki qadın kooperativlərlə əlaqələri yaradılacaq. Naxçıvanda keçirilən bugünkü tədbirdə Türkiyədən iki qadın kooperativinin sədri onlayn şəkildə iştirak etdi. Onlar öz təcrübələrini və uğurlarını Naxçıvan qadınları ilə bölüşdülər, bu, onların gələcək əməkdaşlıqlarının ilkin başlanğıcı olacaq".

Избранный
31
3
azertag.az

4Источники