RU

Binəqədidə 10 gündür ki, küçəyə İÇMƏLİ SU axır - ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Binəqədi rayonunun "Xutor" adlanan ərazisində içməli su xətti partlayıb.
Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlərin sözlərinə görə, problem 10 gündür ki, müşahidə edilir, maraqlanan yoxdur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidəki su axıntısı Binəqədi Rayon Sukanal İdarəsinin Qəza Xidməti tərəfindən nəzarətə götürülüb:
"Qəza aradan qaldırılacaq".
Məhərrəm Əliyev
Избранный
17
oxu.az

1Источники