RU

Qatarların hərəkət cədvəlində dəyişiklik edildi

"Pik saatlarda Sumqayıt stansiyasında müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq, sentyabrın 18-dən etibarən iş günlərində Sumqayıtdan Bakıya saat 07:30-da yola düşəcək yeni ekspres qatar təyin edilir".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, bununla əlaqədar Bakıdan Sumqayıta saat 06:58-də, Sumqayıtdan Bakıya isə saat 20:30-da yola düşən ekspres tipli qatarın hərəkəti ləğv olunur.

“Bundan əlavə, Bakı–Sabunçu–Bakı qatarının marşrutu Zabrat-2 stansiyasına qədər uzadılır. Əvvəllər saat 08:40-da Sabunçu stansiyasından yola düşən qatar, sabahdan etibarən saat 08:42-də Zabrat-2 stansiyasından hərəkətə başlayacaq”, – deyə qurum rəsmisi əlavə edib.


 

Избранный
57
1
news24.az

2Источники