RU

Qobuda yanğın: Yararsız avtomobil təkərləri yandırıldı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Abşeron rayonunun Qobu kəndi ərazisindəki boş sahədə yanğın hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat verilib.

Məlumatda kənd ərazisində olan boş sahədə yararsız avtomobil təkərlərinin yandırıldığı ehtimal olunub.

"Yaxınlıqda adamlar da var. Bütün kəndi qara tüstü bürüyüb və havadan yanmış rezin qoxusu gəlir. Deyilənə görə, lazımsız təkərləri gətirib orada yandırırlar", - deyə vətəndaş bildirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğın hadisəsi ilə bağlı heç bir çağırış qeydə alınmayıb.

Abşeron Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, sözügedən yanğın hadisəsinin araşdırılması üçün aidiyyəti qurumlara müraciət olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
avtosfer.az

1Источники