RU

Türkiyə bu münaqişənin mühüm aktorudur

Çexiyanın xarici işlər nazirinin müavini Jiri Kozak Rusiya-Ukrayna müharibəsində Türkiyənin rolunu vurğulayıb.

Publika.az xəbər verir ki, Kozak "Duke Wenceslas Future Leaders Programme 2025" çərçivəsində Praqada çıxış edib.

O, çıxışında Çexiya və Avropa İttifaqının (Aİ) xarici siyasəti, Rusiya-Ukrayna müharibəsi kimi mövzuları şərh edib. Həmçinin, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri tutduğu mövqenin əhəmiyyətini vurğulayıb.

Kozak Türkiyənin səyləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsünə toxunaraq, Ankaranın "körpülərin qurulmasında" mühüm rolunu vurğulayıb. Qeyd edib ki, sözügedən fəaliyyətlərinə görə Türkiyə bu münaqişənin mühüm aktorudur.

Избранный
56
publika.az

1Источники