RU

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb

(®) Milyonlarla insanın sevilən içki brendi “Coca-Cola” həyəcanla keçirilən musiqili-əyləncəli yay kampaniyasına yekun vurub. Belə ki, şirkət 3 iyul – 10 sentyabr müddətində “Musiqi 2025” stimullaşdırıcı lotereyasını həyata keçirib.

Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 l-lik “Coca-Cola”  Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite” olub.

Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü Gənclik Mall ticarət mərkəzinin -1 mərtəbəsində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə aparılır.

 Qaliblərə aşağıdakı hədiyyələrdən biri təqdim edilib:

-          Coca-Cola ilə Ekskluziv Musiqi Təcrübəsi – Jah Khalib konsertinə 2 nəfərlik bilet – 12 ədəd

-          iPhone 16E – 60 ədəd

-          iPad mini – 120 ədəd

-          AirPods 4 – 200 ədəd

-          Coca-Cola loqotipi olan çanta – 2000 ədəd

-          Coca-Cola loqotipi olan səsgücləndirici – 6500 ədəd

Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutub və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılıb. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı olub.

Xatırladaq ki, “Coca-Cola” fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilib.”Coca-Cola” ötən illərdə Azərbaycanda Musiqili Yay Kampaniyası ilə yanaşı “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər də keçirib.

CocaCola Musiqi2025 yaykampaniyası stimullaşdırıcılotereya GənclikMall JahKhalib iPhone16E iPadmini AirPods4 musiqilikonsert əyləncəlitədbir Fanta Sprite CocaColaSıfırŞəkər hədiyyəliaksiyalar istehlakçılartədbiri
Избранный
10
1
marja.az

2Источники