Azərbaycan Kubokunun final matçının məkanı müəyyənləşib.
Publika.az xəbər verir ki, turnirin həlledici matçı "Neftçi Arena"da təşkil olunacaq. Bu barədə PFL-in texniki-idman direktoru Elgiz Abbasov ölkə kubokunun püşkatma mərasimində məlumat verib.
Qeyd edək ki, qarşılaşma mayın 13-də keçiriləcək.