Qaynarinfo Portuqaliyanın "Correio da Manha" qəzetinə istinadən xəbər verir ki, "Benfika" rəhbərliyi dərhal Joze Mourinyo ilə prinsipial razılıq əldə edib. Rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir. Mourinyo yeni komandası ilə şənbə günü keçiriləcək AVS səfər oyununda ehtiyat oyunçular skamyasında olacaq.
Bu hadisə xüsusi məna daşıyır: Mourinyo avqustun 20 və 27-də Çempionlar Liqasının pley-off mərhələsində məhz "Benfika"ya uduzduğu üçün "Fənərbağça" rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Yalnız bir ay keçmədən, onun məşqçilik karyerası məhz həmin klubla yenidən kəsişib.
4Источники
-
tribunainfo.az“Qarabağ”la oyuna görə qovulan baş məşqçinin yerinə Mourinyo gəlir? ( 21452824)
-
demokrat.az"Qarabağ"la oyuna görə qovulan baş məşqçinin yerinə Mourinyo gəlir? ( 21449692)
-
yenicag.az“Qarabağ”la oyuna görə qovulan baş məşqçinin yerinə Mourinyo gəlir? ( 21447625)
-
qaynarinfo.azQarabağ la oyuna görə qovulan baş məşqçinin yerinə Mourinyo gəlir? ( 21447412)