Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, Qobustan, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Samux, Goranboy, Göyçay, Göygöl, Mingəçevir, Zərdab, Şəki (Kişçay), Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Hacıqabul, Quba, Qusar, Qrız, Şahdağ, Xınalıq, Xaltan, Ağsu, eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır, şimşək çaxıb.
Qax (Sarıbaş), Şəki (Kişçay), Daşkəsən, Göygöl, Naftalan, Şamaxı, Qrız, Şahdağ, Lerik, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта