RU

ABŞ-də saatlıq minimum əməkhaqqı artırıldı

“Bank of America” ABŞ üzrə saatlıq minimum əməkhaqqını 25 dollara qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Yeni artımdan sonra bankın ABŞ-dəki tam ştatlı əməkdaşlarının illik minimum əməkhaqqıları 50 min dolları ötəcək.
Artım oktyabrın əvvəlindən qüvvəyə minəcək. Tam, eləcə də yarımştatlı əməkdaşlara şamil olunacaq.
Qeyd edək ki, hazırda ABŞ-nin əmək bazarı çətin günlərini yaşayır. İş yerlərinin zəif artımı və işsizliyin yüksəlməsi nəticəsində istehlak xərclərinə risklər yaranıb. Şirkətlər isə iqtisadi qeyri-müəyyənlik səbəbindən işçi qəbulunu ləngidir.
ABŞ-nin ikinci ən böyük bankı 2018-ci ildən bəri saatlıq minimum əməkhaqqını təxminən 67% artırıb. Sonuncu dəfə bu məbləğ 24 dollar təşkil edirdi.
Избранный
1
2
sherg.az

3Источники