RU

Elza Seyidcahanın atası sağ imiş...

Əməkdar artist Elza Seyidcahanın atasının sağ olduğu üzə çıxıb.

OLAY yazır ki, bu barədə “Günə uğurla” verilişində aparıcı Yalçın Uğur məlumat verib. Seyidcahan bu məsələyə təəccüblənərək atasının vəfat etdiyini düşündüyünü söyləyib:

“Atamın soyadı Əhmədovdur. Əhmədov Nurudur... Çox yaraşıqlı olub, deyirlər, ona oxşamışıq. Atam rəhmətə gedib, bura gələ bilməz. Bilsəm ki, atamı tapmısan, danışmısan, sağdır... İnanmaram ki, atam sağdır, biz onu çox axtardıq. Mənim ögey qardaşım var? Olsa, sevinərəm. Atam Rusiyada qalıb, bizi nənəmlə babam böyüdüb. Mənim atam gedəndə də kişi kimi gedib. O, həmişə mənim atamdır”. 

Aparıcı isə Seyidcahanın atasının onunla əlaqə saxladığını bildirib.

Избранный
11
1
olay.az

4Источники