Xocavənd rayonunun Qarazəmi kəndində yanğın olub.
"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"