RU

Azərbaycanda şirkət səhmdarı payını geri götürür

“Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-nin səhmdarlarının ayırlması nəticəsində nizamnamə kapitalı azaldılıb.

Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir.

Beləliklə, “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-nin təsisçilərin ayrılması ilə nizamnamə kapitalının 7 150 000 manatdan 7 149 800 manata azalacaq.

Şirkət yarandığı gündən 100 manat kapitalı olsa da, son bir ildə ona 7 milyon manat üzərində kapital qoyulub.

Qeyd edək ki, bu şirkət “Çaykənd” bazalt yatağı satışa çıxarılanda qalibi olmuşdu.

Başlanğıc qiyməti 354 min 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşmişdi

Избранный
20
banker.az

1Источники