RU

"Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" DƏYİŞDİ

Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"da dəyişiklik edib.

Bizim.Media verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100 % pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcək. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb.
 

Həmçinin Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək.


Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib. 

Bizim.Media

Избранный
4
9
bizim.media

10Источники